«Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum»
Bölməsiz 39
MAFİYA İLƏ BAĞLI QALMAQALLI YAZILARIN
MÜƏLLİFİ
Təbriz Vəfalı: "Həmin yazılardan sonra bəziləri mənə azərbaycanlı Polad Ələmdar, Canpolad deyir"
Müsahibimiz tanınmış jurnalist, publisist-yazar Təbriz Vəfalıdır.
- "Qurdlar vadisi" teleserialının Azərbaycanda ciddi populyarlıq qazanması, onun müxtəlif təbəqələr tərəfindən hədsiz maraq və diqqətlə izlənilməsi hər birimizə məlumdur. Siz bu populyarlığı nəylə əlaqələndirərdiniz?
- İlkin olaraq onu demək istərdim ki, dövlət və özəl telekanallarda, videosalonlarda indiyədək mafiyayla bağlı çox sənədli və bədii filmlər, həmçinin mafiyadan, bandit və terrorçulardan bəhs edən teleseriallar göstərilib, onların videokassetləri və müxtəlif diskləri satışa buraxılıb. Amma onlardan heç biri Türkiyənin bahalı və dünyaca şöhrətli filmlərindən olan "Qurdlar vadisi" qədər ictimaiyyətdə maraq oyada bilməyib. Sonuncunun bu qədər populyarlıq qazanmasının bir neçə səbəbi var.
Davamı...
AZƏRBAYCANDA JURNALİSTİKANIN BÜTÜN
PRİNSİPLƏRİ POZULUR
Təbriz Vəfalı: "Jurnalistika bu peşəni seçən vicdanlı şəxsləri ac qoyan sənətdir"
Son vaxtlar qəzetlərdə araşdırma mövzularına az yer ayrılır. Tədqiqat materiallarına marağın azalması müxtəlif səbəblərlə izah olunur. Bəzi müşahidəçilər belə hesab edirlər ki, jurnalistika həddən ziyadə siyasiləşdiyi üçün qeyri-siyasi mövzular oxucunu maraqlandırmır. Bunun əksini iddia edənlər də var. Tədqiqatçı jurnalistlər isə problemin maliyyə qıtlığından qaynaqlandığını iddia edirlər. Onların fikrincə, redaksiya rəhbərləri araşdırma materiallarını lazımi səviyyədə qiymətləndirmədiyi üçün jurnalistlər bu mövzuda yazmağa xüsusi həvəs göstərmirlər. Tədqiqat materialları ilə mətbuatda mütəmadi çıxış edən tanınmış jurnalist Təbriz Vəfalı ilə bu problemi müzakirə etməyə çalışdıq.
- Son illər Azərbaycan mətbuatında dərc olunan tədqiqat materiallarının sayı xeyli azalıb. Sizcə, jurnalistlərin araşdırma mövzularına meyl etməməsinə səbəb nədir?
- Sizinlə tamamən razıyam. Jurnalistlərin bu sahəyə maraqlarının azalmasının və yaxud bu tipli mövzulara müraciət etməmələrinin kökündə bir sıra səbəblər durur. Birincisi, tədqiqat, araşdırma və analitik təhlilli materialların yazılması üçün kifayət qədər güclü potensial imkan, enerji, savad və səbr lazımdır. Başqa sözlə, hər oxuyan Molla Pənah Vaqif olmayan kimi, hər jurnalist də qeyd etdiyiniz sahədə yaza bilməz. Bunun üçün professional qələm əhli olmaq lazımdır. İkincisi, jurnalistlər informasiya blokadasında saxlanılır. Lazımi informasiyaların alınması üçün şərait yaradılmır.
Davamı...
QALMAQALLI "MAFİYA" KİTABININ MÜƏLLİFİ
Təbriz Vəfalı: "İşçim hədə-qorxu gəldi ki, məqaləsini çapa verməsəm, polisə mafiya başçısı olduğumu deyəcək"
Müsahibimiz tanınmış jurnalist, publisist-yazar Təbriz Vəfalıdır.
- İndiyədək Azərbaycanda ətraflı məlumatlar və araşdırma materialları baxımından mafiya mövzusuna ilk dəfə siz toxunmusunuz. Necə oldu ki, bu mövzuya müraciət etmək qərarına gəldiniz?
- Hələ erkən yaşlarımdan mütaliəyə sonsuz həvəs göstərmişəm. Xüsusən də kriminal və dedektiv janrda olan əsərlərə marağım hədsiz olub. Bakıya gəldikdən sonra siyasətlə və peşəkar jurnalistika ilə məşğul olduğumdan dedektiv və kriminal hadisələrin kökündə dayanan səbəbləri öyrənməyə çalışmışam. Və məndə belə bir təəssürat yaranıb ki, bu cür qanlı olayların arxasında dayanan hər hansı bir qüvvə var. Onun nə olduğunu SSRİ dağıldıqdan sonra dərk etməyə başladım və anladım ki, bu qüvvə mafiyadır. Ona görə də 1993-cü ilin əvvəllərindən başlayaraq mafiyalar barədə ətraflı məlumatlar almağa səy göstərirdim. 1993-cü ildə Didye Quların Azərbaycan dilində çap olunmuş "Mafiya tarixi" kitabını da həmin vaxtlarda oxumuşam. Sonradan eşitdiklərim, oxuduqlarım əsasında gələcəkdə silsilə məqalələr yazmaq fikrinə düşdüm. Ancaq zamana ehtiyacım oldu. Çünki Türkiyənin dünyaca şöhrətli və bahalı filmlərindən biri olan "Qurdlar vadisi" teleserialı Azərbaycanda nümayiş olunana kimi ölkəmizdə mafiya ilə bağlı maariflənməyə maraq yox idi.
Davamı...
AZƏRBAYCAN UÇURUMA YUVARLADILIR
Təbriz Vəfalı: "Mafiyalar milli mentaliletimizin məhvi üçün uğurlu siyasət yürüdürlər"
Müsahibimiz 5 kitabın müəllifi və bir neçə kitabın redaktoru, tanınmış jurnalist, publisist-yazar Təbriz Vəfalıdır.
- Bu günlərdə oxucuların ixtiyarına verdiyiniz "Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum" adlı kitab ictimaiyyətdə ciddi rezonans doğurub. Onun yazılması hansı zərurətdən yarandı?
- Mən kitabımda da qeyd etmişəm ki, hələ ötən il "Qurdlar vadisi" nümayiş olunana qədər Azərbaycanda mafiya barədə maariflənməyə meyl çox az olub. Amma, məsələn, qardaş Türkiyədə bu baxımdan çoxsaylı kitablar, məqalələr və digər nəşr əsərləri çap olunub, hətta film də çəkilib. Lakin ölkəmizdə bu cür maariflənmə ya aparılmayıb, ya da buna maraq az göstərilib. Ona görə də mafiya ilə bağlı savadsızlığın ləğvi üçün bu addımı atmağa məcbur oldum.
- Kitabı "Qurdlar vadisi"nin yaradıcı kollektivinə ithaf etməyiniz nədər irəli gəlir?
- Mərhum prezidentimiz Heydər Əliyev deyirdi ki, biz Türkiyə ilə bir millət, iki dövlətik. Bu səbəbdən də qonşu ölkənin uğuru bizim də uğurumuz sayılmalıdır. Üstəlik filmdə türkçülüyün, millətçiliyin, vətənpərvərliyin, islamçılığın və ədalətçiliyin təbliğ olunması Türk Dünyasının ideologiya xəttini bir daha bütün dünyaya tanıtdı.
Davamı...